Türk kinosunun əfsanəsi Yıldız Kenterin vida mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, ağciyər xəstəliyindən vəfat edən 91 yaşlı aktrisa ilə vida mərasimində problem yaşanıb.
Aktrisa Şebnem Sönmezlə canlı yayım etmək istəyən şəxs arasında dava düşüb.
Aktrisa həmin şəxsə sərt reaksiya göstərib. O, isa aktrisaya “Sən qadın olmasaydın, görərdin” deyərək hədələyib.
Cavaba əsəbləşən aktrisanı Demet Akbağ və Berna Laçin sakitləşdiirb.