20 Noyabr 2019 19:10
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Somalidə pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum zamanı Əş-Şəbab terror təşkilatının rəhbərlərindən birini öldürüb.

Teleqraf.com xəbər verir ki, terrorçu Aşağı Şabel bölgəsində zərərsizləşdirilib.

Əş-Şəbabın nəzarət altında saxladığı Kunya Barou qəsəbəsinin sakinləri də terrorçu liderə məxsus avtomobilin vurulduğunu təsdiqləyiblər.

ABŞ ordusu yaydığı açıqlamada öldürülən şəxsin Əl-Qaidə terror təşkilatı ilə birbaşa əlaqəsinin olduğunu qeyd edib.


Müəllif: Leyla