21 Noyabr 2019 11:23
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnqilab adı ilə hakimiyyətə gələnlər əslində son ilyarım ərzində heç bir inqilabi dəyişiklik və ya Ermənistanın xarici və daxili siyasətində inqilabi bir irəliləyiş yaratmadı”.

Teleqraf.com xəbər verir ki, bu barədə Zaqrebdə (Xorvatiya) Avropa Xalq Partiyasının (EPP) qurultayında çıxış edən Ermənistanın sabiq prezidenti Serj Sərkisyan açıqlama verib.

Sərkisyan ölkəsində demokratiyaya təhlükə yaradan təhlükəli proseslərin getdiyini söyləyib:

“Konstitusiyanın əsasları sarsılır, güc balansı prinsipi tətbiq edilmir. Çoxsaylı faktlar məhkəmə hakimiyyətinin müstəqilliyinin açıq şəkildə pozulduğunu göstərir. Keçmiş hakimiyyətin nümayəndələrinə qarşı siyasi təqiblər davam edir. Müxalifət mediası və fəallarına qarşı aqressiv hərəkətlər adi hala çevrilib, dözümsüzlük və nifrət dolu sözlər narahatedici dərəcələrə çatıb”.

Sabiq dövlət başçısı keçmiş hakim partiya Respublikaçının səhvlərini etiraf edib:

“Keçən il hakimiyyəti xalqımın daha yaxşı bir dövlət qurmağa çalışması üçün tərk etdim. Ancaq məni hakimiyyəti populistlərə verməkdə ittiham edən insanların səsləri artıq getdikcə daha aydın şəkildə eşidilir. İndi bu narahatlıqları dilə gətirmək, hakimiyyət dəyişikliyi zamanı minlərlə insanın gözləntilərini müdafiə etmək üçün buradayam.

Bəli, Ermənistanda baş verənlər də bizim günahımız idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər