“Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar mərhələsi məni narahat edir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan deyib.
O, hazırkı mərhələdə Azərbaycanla aparılan danışıqların Ermənistanın maraqlarına uyğun olmadığını bildirib: “Qarabağ münaqişəsinin hazırkı danışıq mərhələsi məni narahat edir. Bu prosesdə şəxsən iştirak edən bir insan kimi bunu yaxşı bilirəm. Bu baxımdan, belə vəziyyətlərdə pis danışıqlardansa müharibəyə üstünlük verilir”.
Sərkisyan hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinə beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz dəstəyini davam etdirməsi çox vacibdir.