Suriyanın Hələb şəhərinin yaşayış məntəqələrinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 30-dan çox insan yaralanıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə məhkəmə tibbi ekpertizasında yerli mənbə bildirib.
Daha əvvəl "Sham FM" radiosu 3 nəfərin ölməsi və bir neçə nəfərin yaralanması barədə məlumat verib.
Bildirilir ki, Hələbin bir neçə rayonunun terrorçular tərəfindən atəşə tutulması nəticəsində qadın və uşaq da daxil olmaqla 5 nəfər ölüb, 31 nəfər yaralanıb.
Hələbin qərbindəki ərazilər - Aazamiya və Salah-Din, eləcə də şəhər mərkəzindəki Cəmiliya rayonu atəşə tutulub.