23 Noyabr 2019 10:09
2 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika həkimləri bədənində qanı dondurulan xəstəyə yenidən həyat verib.

Teleqraf.com xəbər verir ki, ABŞ-da yenidən həyata qaytarılacağı texnologiyasının kəşf ediləcəyi ümidi ilə bəzi insanlar öldükləri zaman xüsusi soyuducularda saxlanılır.

Bununla məşğul olan çoxlu sayda şirkətlər fəaliyyət göstərir. Ancaq bu ümidlər indiyə qədər ancaq filmlərdə gerçəkləşib.

Ötən gün Maryland Universitetində elm adamları ölmüş insanı yenidən həyata qaytardıqlarını açıqlayıblar.

Nyu-York Elmlər Akademiyasında mətbuat konfransı keçirən həkimlər insanlıq tarixini dəyişdirəcək bu inkişafa imza atdıqlarını elan ediblər. Həkimlər bir neçə nəfər üzərində keçirdikləri təcrübənin bir xəstə üzərində uğurla başa çatdığını bildiriblər.

Həkimlər xəstənin aorta damarından enjektə edilmiş bir vasitə ilə qəfil qanı dondurulan və beynin müvəqqəti ölüm vəziyyətinə gətirilən xəstənin sonradan canlandırıldığını qeyd ediblər.

Bu metoddan hələlik fövqəladə vəziyyət zamanı həkimlərə zaman qazanmaq məqsədilə istifadə ediləcəyi bildirilir. İnsan bədənində qanı dondurulan şəxsin ilk dəfə həyata geri döndüyünün altını cızan həkimlər silahla vurulma zamanı qan axması nəticəsində sağ qalmanın 5 faiz olduğunu, lakin yeni metod sayəsində bu nisbətən arta biləcəyini düşünürlər.

Hələlik saatlarla məhdud olan ölüm müddətinin tədricən uzadıla biləcəyi ehtimal olunur.


Müəllif: Cavad