22 Noyabr 2019 17:27
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Cənub Regional İxraca Dəstək Mərkəzinin direktoru Natalya Serova 2017-ci ildən dayandırılmış Krım və Türkiyə arasında bərə xidmətlərinin bərpa edildiyini açıqlayıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, o bunu Krım Dövlət Şurasının iqtisadi siyasət, sənaye və sahibkarlığın inkişafı ilə bağlı iclasında çıxışı zamanı deyib:

“İndicə Zonquldaq-Kerç bərəsini işə saldığımıza dair təsdiq aldım... Həftədə bir dəfə, müntəzəm tədarüklər”.

Onun sözlərinə görə, ikinci yükün rəsmiləşdirilməsi gedir.

2018-ci ilin avqust ayında Krımın Türkiyə ilə bərə əlaqəsi qurmaq niyyətində olduğu açıqlanmışdı.


Müəllif: Səxavət