19 Sentyabr 2014 10:12
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı döyüşçüləri son 24 saat ərzində Suriyanın Türkiyə ilə sərhəd bölgələrində yerləşən 21 kürd kəndində nəzarəti ələ keçirib.

Teleqraf.com-un BBC-ə istinadən verdiyi xəbərə görə, Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəsi qrupunun bildirdiyinə görə, yaraqlıların ələ keçirdiyi Kobani regionunun sakinləri kütləvi qırğınlar qorxusu ilə evlərini tərk ediblər.

Suriyanın Kürdüstan Demokrat Birliyi Partiyasının sözçüsü Navaf Xəlil Kobanidə 20-dən artıq kəndin itirildiyini təsdiq edib.

Bu arada Suriya hökuməti İraqın şimal və qərb bölgələrini ələ keçirən bu qrupun yaraqlılarını hədəf almağa başlayıb. Hökumətin Əl-Bab şəhərindəki yaraqlılara qarşı hücumu nəticəsində 26 mülki vətəndaş həlak olub.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: