22 Noyabr 20:26
1 566

Türkiyə regionda atdığı cəsarətli addımlar və göstərdiyi ciddi iradədən sonra “Yaxın Şərqin kirayəlik qatili” adını almış Məhəmməd Dahlanı İnterpol xətti ilə qırmızı bülletenlə axtarışa verməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin “muzdlu qatili” hesab olunan Məhəmməd Dahlanın başına 4 milyon dollarlıq mükafat qoyulacaq.

Fələstində Həmas və Mahmud Abbasa qarşı çevriliş planladığı ortaya çıxan Dahlan bu yaxınlarda Dubayda fəaliyyət göstərən Səudiyyə Ərəbistanın sərmayəçisi olduğu MBC kanalına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və AKP hökumətini “düşməni” adlandıraraq onlara qarşı fəaliyyət göstərəcəyini elan etmişdi.

15 iyul hadisələri zamanı FETÖ-nün dövlət çevrilişinə cəhd planında rolunu rədd edən Dahlan eyni zamanda bu dövlət çevrilişi cəhdində rol alması ilə yanaşı Türkiyəni hədəfə alan əməliyyatlarda iştirakı ilə tanınır.


Müəllif: Nərgiz