22 Noyabr 2019 21:39
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun hərbi sahədə kosmosdan istifadə cəhdlərindən narahatıq. Bu şəraitdə beynəlxalq aləmdəki dəyişiklikləri təhlil edərək əldə olunan nəticələrə uyğun şəkildə hərbi potensialımızı inkişaf etdirmək bizim üçün vacibdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, NATO Rusiya sərhədləri yaxınlığında hərbi siyasi infrastruktu gücləndirməyə çalışır.

Putin qeyd edib ki, ABŞ-ın Moskva ilə bağladığı Orta Mənzilli Nüvə Silahları Müqaviləsini (İNF) pozması silah nəzarət mexanizminə zərbə vurub.

Xatırladaq ki, NATO Baş katibi Yens Stoltenberq kosmosun hava, quru, dəniz və kiber ilə yanaşı, yeni əməliyyat sahəsi olmasına qərar verildiyini açıqlayıb.


Müəllif: Nərgiz