Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Van İ Yaponiyanın Naqoyo şəhərində keçirilən G20 ölkələrinin nazirlər toplantısı çərçivəsində İran ətrafındakı vəziyyəti müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin saytında məlumat verilib.
“İran ətrafındakı vəziyyət, əfqan tənzimlənməsinin gedişi və Koreya yarımadasında vəziyyət də daxil olmaqla aktual regional problemlərə toxunuldu”, – deyə məlumatda bildirilir.
Nazirlər müzakirə olunan məsələlər üzrə mövqelərin yaxınlığını da vurğulayıb və xarici siyasətdə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün müntəzəm əlaqələrin davam etdirilməsi vacibliyini təsdiq ediblər.