23 Noyabr 2019 20:36
499

Rusiyanın Kuala-Lumpurdakı diplomatik nümayəndəliyi Malayziyanın ərazi sularında göyərtəsində rusların və ukraynalıların olduğu gəminin tutulduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səfirlikdən verilən məlumata görə, saxlanılma səbəbi Kamerun bayrağı altında üzən “New Orion” gəmisinin daşıdığı yük üçün müvafiq icazəsinin olmamasıdır.

Gəmidə ümumilikdə 22 Ukrayna və 1 Rusiya vətəndaşının olduğu aydınlaşdırılıb.

Diplomatik missiya əlavə edib ki, səfirlik vəziyyətin inkişafını yaxından izləyir.


Müəllif: Səxavət