24 Noyabr 2019 10:14
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 23-də Çilidə keçirilən etiraz aksiyalarında ən az 127 nəfər xəsarət alıb.

Teleqraf.com-un məlumatına görə, zərərçəkənlər arasında həm asayiş keşikçiləri, həm də mülki şəxslər var. Etirazçılar mitinqlər zamanı binaları yandırıb və polis bölmələrinə hücum ediblər. Ümumilikdə noyabrın 23-də ölkə daxilində polis tərəfindən 300-ə yaxın nümayişçi saxlanılıb.

İğtişaşlara çevrilən etiraz aksiyaları və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalar 14 oktyabrda Santyaqoda, hökümətin metroda gediş haqlarının qiymətlərini artırmaq qərarına gəldikdə başlayıb. Daha sonra nümayişlər digər şəhərlərə də keçib. İğtişaşlar zamanı 20-dən çox insan şiddətin qurbanı olub, 2,3 mindən çox insan yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər