19 Sentyabr 2014 11:08
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Almatı şəhərində baş verən partlayışda 3-ü ağır olmaqla 18 nəfər yaralanıb.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, hadisə gecə şəhərin Makatayev küçəsində bir kafedə baş verib.

Partlayış sonrası hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib, yaralanan vətəndaşlar xəstəxanalara aparılıb.

Partlayışa kafedə olan qaz balonlarının səbəb olduğu ehtimal edilir.

Almatı polisi hadisə ilə əlaqədar istintaqa başlayıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: