Cənubi Koreyalı müğənni və aktrisa Qoo Hara dünən axşam evində ölü vəziyyətdə tapılıb.
Teleqraf.com xəbər verir ki, 6 ay əvvəl intihara cəhd edən müğənninin yenə də özünə qəsd etdiyi ehtimal olunur.
Qeyd edək ki, müğənni mayda intihara cəhd etdiyi üçün pərəstişkarlarından üzr istəmiş, Yaponiyaya olan konsert səfərini başa çatdırmışdı.
Cənubi Koreyalı müğənninin 1,5 milyon izləyicisi İstaqramda başsağlığı mesajı paylaşıb.