24 Noyabr 2019 23:38
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın hazırkı dövlət başçısı Klaus Yohannis prezident seçkilərinin ikinci turunda növbəti dəfə qalib gəlib.

Teleqraf com xəbər verir ki, o, seçkilərdə 66,5 faiz səs toplayıb. Yohannis prezident seçkilərinin ikinci turunda Milli Liberal Partiyasının namizədi olub.

"Exit poll"un məlumatlarını Rumıniyanın Qiymətlərndirmə və Strategiya İnstitutu (IRES) yerli vaxtla saat 21:00-də (Bakı vaxtı ilə saat 23:00) seçki məntəqələrinin bağlanmasından dərhal sonra bildirib. Yohannisin Sosial Demokrat Partiyasından (SDP) olan rəqibi, SDP lideri Viorika Dençile 33,5% səs toplayıb.

Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 49,84%-I iştirak edib.

Beləliklə, Klaus Yohannis, "exit poll"un məlumatına görə, yenidən növbəti beşillik müddətə Rumıniya prezidenti seçilib.

Qeyd edək ki, bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib. Səsvermələr ölkə üzrə 18748 seçki məntəqəsində keçirilib. Daimi seçki siyahılarında 18 milyondan çox seçici qeydiyyata alınıb. Bununla yanaşı, xaricdə 835 seçki məntəqəsi açılıb.


Müəllif: Mənbə/Report