25 Noyabr 2019 10:49
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi İŞİD üzvü olmuş vətəndaşlarının ölkəyə qayıdışına yaşıl işıq yandırıb.

Teleqraf.com xəbər verir ki, ilk olaraq Almaniya İŞİD cəbhəsində yer almış Laura H.-ni üç uşağı ilə birlikdə ölkəyə gətirib.

Bununla da ilk dəfə Almaniya İŞİD üzvü olan vətəndaşının ölkəyə daxil olmasına icazə verib.

Federal hökumətin indiyə qədərki siyasəti Suriya və İraqa gedib İŞİD tərəfindən vuruşan vətəndaşları geri qəbul etməməkdən ibarət idi.

Laura H. cümə günü Ərbildən Frankfurta gətirilib. Onunla bağlı istintaqı Hessen prokurorluğu aparacaq, amma qadın hələlik həbs edilməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər