Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib.
Teleqraf.com xəbər verir ki, səfərdə məqsəd Türkiyə ilə Qətər arasındakı Yüksək Strateji Komitənin beşinci toplantısında iştirak etməkdir.
Ərdoğanı Gənclər və idman naziri Məhərrəm Qəssaboğlu, Xəzinə və maliyyə naziri Bərat Albayraq, Müdafiə naziri Hulusi Akar, Sənaye və texnologiya naziri Mustafa Varank, Ticarət naziri Ruhsar Pekcan, Rabitə naziri Fəxrəddin Altun və MİT sədri Hakan Fidan müşayiət edib.
Türkiyə heyəti saat 09:25-də “TUR” xüsusi təyyarəsi ilə Əsənboğa hava limanından yola düşüb.