Rusiya Prezidenti Vladimir Putinin yanvarın birinci dekadasında Türkiyəyə səfəri hazırlanır.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Son telefon danışıqlarının birində Putin və Ərdoğan “Türk axını” qaz kəmərinin yerüstü hissəsinin istifadə verilməyə hazır olacağına dair razılıq ifadə etdilər. Həqiqətən də Putinin Türkiyəyə səfərinin mümkünlüyündən söhbət gedir. Belə bir səfər də hazırlanır”, – deyə Peskov “Türk axını”nın açılış mərasimində iştirak etmək üçün yanvarda V.Putinin Türkiyə səfər edəcəyi ilə bağlı türk tərəfinin yaydığı məlumatları şərh edərkən söyləyib.
“Türk axını” layihəsi hər birinin gücü 15,75 milyard kubmetr olan iki xətdən ibarət qaz kəmərinin inşasını əhatə edir. Birinci xətt Rusiya qazının Türkiyə istehlakçılarına, ikinci xətt isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə tədarükü üçün nəzərdə tutulub.