ABŞ, İsrail və Səudiyyə Ərəbistanı rəsmi Tehranın qırmızı xəttini keçərsə, onları yox edəcəyik.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini general Hüseyn Səlami çıxış edib.
Onun sözlərinə görə, İran kifayət qədər ABŞ, İsrail və Səudiyyə Ərəbistanının düşməncəsinə hərəkətlərinə qarşı səbir nümayiş etdirib: “Amma qırmızı cizgiləri aşsalar, onları yox edəcəyimizə söz veririk”.