26 Noyabr 2019 11:40
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın xüsusi təyinatlı qüvvələri etirazçıları Tiflisdəki ölkə parlamentinin girişindəki ərazilərdən çıxarıb.

Teleqraf.com xəbər verir ki, aksiya iştirakçılarına piketin dayandırılması üçün yerli vaxtla səhər saat 5-dək vaxt verilib.

Lakin etirazçılar hakim Gürcü Arzusu Partiyasından olan deputatların parlamentə girişini əngəlləmək üçün dağılışmaqdan imtina edib. Nəticədə onlara qarşı su şırnağından istifadə olunub. Xüsusi təyinatlılar etirazçıları binanın giriş qapısından uzaqlaşdırıb.

Gürcüstan Daxili İşlər Nazirliyi xüsusi təyinatlılarla nümayişçilər arasında yaranan qarşıdurmada 3 nəfərin yaralandığını, 28 nəfərin saxlanıldığını açıqlayıb.

Parlamentin gün ərzində işə başlayacağı bildirilib.

Tiflisdə etiraz aksiyaları Gürcüstan parlamentinin seçki sisteminə, xüsusən də 2020-ci ildə proporsional seçkilərə keçid üçün konstitusiyaya dəyişikliklərin edilməməsindən sonra başlayıb.

Müxalifət erkən seçkilərin təyin olunmasından tutmuş, yeni seçki modellərinin qəbuluna qədər müxtəlif tələblər irəli sürür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər