26 Noyabr 2019 17:48
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Aeronavtika və Milli Kosmos İdarəsi (NASA) məşhur “Ulduzların müharibəsi” fantastik filmnin gerçək görüntüsünü çəkərək yayımlayıb.

Teleqraf.com xəbər verir ki, fotoda “UGC 1810” adlı qalaktikadakı ulduzların bir-birinə “savaş” açdığı əksini tapıb.

NASA-nın məşhur “Hubble” teleskopu ilə çəkilən fotolar rezonans doğurub.

NASA “Arp 273” adlı ulduz sisteminin 300 milyon işıq ili uzaqda və Andromedada yerləşdiyini bildirib.

Ulduzlararası güclü cazibə qüvvəsi səbəbindən “UGC 1810” qalaktikasında bir sıra izlər aşkar olunub. Ən diqqətə çarpan “yara izi” isə ulduz sisteminin ətrafındakı halqadadır. Sistem qaynar və nəhəng ölçüdə olan ulduzlardan təşkil olunub. Bunların bir neçə milyon il əvvəl əmələ gəldiyi ehtimal edilir.

Ulduzlar arasındakı bu toqquşmanın səbəbini hələlik təsbit edə bilməyən NASA ulduz sistemi içindəki bu prosesin hələ milyard illər davam edəcəyini söyləyib. NASA ulduzların bir-birilə toqquşmağa davam edəcəyini, son nəticədə isə eyni tarazlıqda qalacaqlarını açıqlayıb:

“Milyardlarla il davam edəcək bu prosesdən sonra qalaktikada sülh təmin olunacaq. Bizim mövcud olduğumuz Süd Yolundakı kimi…”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər