“İranda baş verən etiraz aksiyalarında təxminən 7 mindən çox insan həbs edilib”.
Teleqraf.com xəbər verir ki, bu barədə İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komitəsinin üzvü Hüseyn Nəqəvi Hüseyni məlumat verib.
O, İran hökumətini həbs olunanlar barədə dəqiq məlumat verməyə çağırsa da, iğtişaşlar zamanı nə qədər insanın həlak olmasından danışmayıb.
Noyabrın 15-də İranda benzinin bahalaşmasına etiraz olaraq kütləvi nümayişlər başlayıb. Qeyri-rəsmi mənbələrə görə, etiraz aksiyalarının başlamasından bu günədək 251 nəfər həyatını itirib, 3700 etirazçı yaralanıb.
Etirazlar zamanı həmçinin 7 SEPAH və Bəsic hərbçisinin həlak olduğu bildirilib.