27 Noyabr 2019 14:16
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə NATO-nun cənub sərhədlərini təkbaşına mühafizə edir. Prezident Ərdoğan bu barədə NATO-nun gələn həftə Londonda keçiriləcək toplantısında daha ətraflı danışacaq. Ərdoğan bu mövzuya yaxşı hazırlaşıb”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Kalın NATO-nun cənub sərhədlərində - Suriya-Türkiyə bölgəsində vəziyyətin həssas olduğunu bildirib:

“Suriya sərhədlərində təhlükəsizlik zolağı qurmaq istəyəndə Qərbdən olan müttəfiqlərimiz buna etiraz etdi. Bu, bölgədə yaşayan millətlərə, kürdlərə və ya hansısa etnik azlıqlara qarşı olan mübarizə deyil, antiterror əməliyyatlarıdır. Biz terrorçulara qarşı mübarizə aparırıq”.

İbrahim Kalın Türkiyə prezidentinin bu məsələni həm amerikalı, həm də rusiyalı həmkarı ilə müzakirə etdiyini bildirib:

“Bizim məqsədimiz Suriyanın ərazi bütövlüyünün qorunması, bu ölkədə bütün siyasi qüvvələrin iştirak edəcəyi şəffaf seçkilərin keçirilməsidir. Bunun üçün isə şərtimiz budur ki, bölgədə təhlükəsizlik zolağı qurulsun. Bu addım Suriyada qarşıdurmanı başa çatdıracaq”.

Kalın YPG terror təşkilatının hələ də Qamışlı, Təl-Abyad və Rəsulaynda fəaliyyətlərini davam etdirdiyini açıqlayıb:

“Bunun qarşısını almaq üçün mübarizəni davam etdirəcəyik. Həm NATO, həm də Avropa İttifaqı vəziyyətin həssaslığını nəzərə almalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər