“Ankara NATO sistemlərinə uyğun olub-olmamasından asılı olmayaraq, Rusiyadan aldığı “S-400” zenit-raket sistemlərindən istifadə etmək niyyətindədir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
O, NATO-dan olan müttəfiqləri narahat olmamağa çağırıb:
“Biz hələ də texniki detallar üzərində işləyirik. “S-400” sistemləri NATO-nun təhlükəsizlik sistemlərinə və ya hava hücumundan müdafiə sistemlərinə birləşdirilməyəcək. Bu, müstəqil hava hücumundan müdafiə sistemi olaraq qalacaq. Bu mövzuda narahatlıqlar azaldıla bilər”.