1983-cü ildə həbs edilən 3 “cinayətkarın” günahsız olduğu ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Alfred Cestnut, Ranson Vatkins və Andrev Stevart 36 ildən sonra azadlığa çıxıb.
Hər üç şəxs 1983-cü ildə Baltomore şəhərində orta məktəb şagirdini qətlə yetirdikləri səbəbindən həbs edilibmiş. Amma ortaya yeni dəlillər çıxdığı üçün hər üç şəxsin günahsız olduğu müəyyən edilib.
36 il sonra azadlığa çıxan Alfred Cestnut məhkumluq müddətini “Bu bir cəhənnəmdir” sözü ilə ifadə edib.
Devit Duketti öldürmək səbəbi ilə tutulanda Alfred Cestnut və Ranson Vatkinsinin 16, Andrev Stevartın isə 17 yaşı olub. Onlar azadlığa 50 yaşında azadlığa qovuşublar.