27 Noyabr 2019 20:28
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək.

Teleqraf.com Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş dekabrın 9-da Parisdə keçiriləcək Normand sammiti çərçivəsində baş tutacaq.

Putinin köməkçisi Yuri Uşakov görüşün planlaşdırıldığını təsdiqləyib.

Qeyd edək ki, ötən gün Putinlə Zelenski arasında telefon danışığı olub.


Müəllif: Teleqraf.com