28 Noyabr 2019 12:00
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Le Yuyçen ABŞ-ın Pekindəki səfiri Terri Branstedi nazirliyə çağırıb və ona Birləşmiş Ştatlar Prezidenti Donald Tramp tərəfindən Honkonqda “İnsan hüquqlarının və demokratiyanın müdafiəsi haqqında” qanunun imzalanmasına etirazını bildirib.

Teleqraf.com xəbər verir ki, Yuyçen bunun “Çinin daxili işlərinə ciddi müdaxilə və beynəlxalq hüququn və beynəlxalq münasibətlərin təməl prinsiplərinin ciddi şəkildə pozulması” olduğunu qeyd edib.

Çin Xarici İşlər Nazirliyində ABŞ-ın bu hərəkətlərinə etiraz və narazılıq bildirilib. Qeyd olunur ki, Pekin Vaşinqtonu “səhvlərini düzəltməyə və kursunu dəyişməyə” çağırır.

Bundan əvvəl D.Trampın Honkonqda demokratiya və insan hüquqları ilə bağlı qanun imzaladığı məlum olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər