28 Noyabr 2019 12:34
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, görüş Qırğızıstan Prezidentinin Ala-Arça iqamətgahında keçirilir. Kollektiv Təhlükəsizlik Şurasının üzvləri dar çərçivədə beynəlxalq və regional təhlükəsizlik problemlərini, həmçinin KTMT-nin məsul olduğu zonadakı vəziyyəti müzakirə edirlər.

Kollektiv Təhlükəsizlik Şurasının iclası Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov tərəfindən aparılır.

Burada Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər