Güney Azərbaycanın məşhur yazıçısı Əziz Möhsüni vəfat edib.
Teleqraf.com xəbər verir ki, 95 yaşlı azərbaycanlı yazıçı ABŞ-da dünyasını dəyişib.
Vətəndən uzaqda vəfat edən yazıçının Azərbaycan (türk) dili və ədəbiyyatı, eləcə də Azərbaycan mədəniyyəti ilə bağlı bir neçə kitabı var.
“Dinlə məni”, “Nisgillərim”, “Çay axır”, “Savalan” və “Azərbaycan ədəbiyyat tarixindən qızıl parçalar” kitabları yazıçının n məşhur əsərləri sırasındadır.