28 Noyabr 2019 16:11
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hüquq-mühafizə orqanlarının əməkdaşları mənimlə əlaqəli olan şəxslərin axtarışına başlayıb, onları istintaqa çəkib dindirirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

Onun sözlərinə görə, polis noyabrın 27-dən etibarən ona yaxın olan adamlara və ona məxsus evlərdə axtarışlara başlayıb:

“Dünən 10-dan çox mənzildə axtarışlar aparıldı. Bu, siyasi təzyiqdir. Bütün bu axtarışlar bəhanədir, əsas məsələ siyasi rəqiblərin ağzını bağlamaq məqsədi daşıyır. Yəni hakimiyyət bu şəkildə müxalif düşərgəni qorxutmağa və susdurmağa çalışır.

Rejim mənim ailəm və ya ətrafımla əlaqəli olan insanlara qarşı on cinayət işi açıb. Artıq hüquq-mühafizə orqanları 25-dən çox axtarış aparıb, 400-dən çox insanı sorğu-suala çəkib. Hər dəfə onları mənim və ailəmlə barədə nəsə öyrənməyə məcbur edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu