Yeni Zelandiya Baş naziri Jasinda Ardern 1979-cu ildə Antarktikaya turist səyahəti vaxtı qəzaya uğrayaraq, həyatını itirən 257 nəfərin yaxınlarından üzr istəyib.
Teleqraf.com xəbər verir ki, Ardern indiyədək qəzaya yol açan xətaların qəbul edilmədiyini bildirib.
Baş nazir Yeni Zelandiya dövlətinin bu üzrü 40 il gecikdirdiyini və xətaları etiraf etməkdən çəkindiyini deyib:
“40 il sonra mülkiyyətinin hamısı dövlətə aid olan hava yolları şirkətinin səbəb olduğu qəzaya görə, bugünkü hökumətin adından üzr istəməyin vaxtı çatıb. Yaşadığınız kədəri bəlkə də heç vaxt başa düşməyəcəyik, amma üzr istəyirəm”.
“Air NZ” hava yolları şirkətinin rəhbəri Dam Tereza Valş isə 40 il əvvəl baş verən qəzaya sərnişinlər və ekipaj heyətinin təhlükəsizliyinin təmin edilməməsinin səbəb olduğunu açıqlayıb.