Almaniya kansleri Angela Merkel Berlində keçirilən Çoxtərəfli Ticarət və Rəqəmsal Təhlükəsizlik Konfransında çıxışı zamanı səhnədə yıxılıb.
Teleqraf.com xəbər verir ki, 65 yaşlı siyasətçinin yıxılma anının videosu sosial şəbəkələrdə yayılıb. Səhnəyə çıxarkən yıxılan Merkel çıxışında pilləkənləri görmədiyini deyib:
“Mən pillələri görmədim. Növbəti dəfə mütləq onlardan istifadə edəcəm. Məsələn, qayıdıb düşəndə”.