“ABŞ beş-altı il əvvəl Bəşər Əsəd rejiminə qarşı indi “cihadçı” damğası vurulan Suriya Azadıq Ordusuna (SAO) dəstək verirdi”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya mediasına açıqlamasında Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
O, SAO-nun “cihadçı qruplaşma” kimi qəbul edilməsinin doğru olmadığını bildirib.
Kalın ABŞ-ın Suriyada PYD/YPG terror təşkilatına verdiyi dəstəklə bağlı bunları deyib:
“PYD/YPG terror təşkilatları Tramp hökuməti də daxil olmaqla, bütün Qərb ölkələri tərəfindən dəstəklənən marksist-leninist bir təşkilatdır. ABŞ-ın Suriyada İŞİD-lə mübarizə adı altında marksist-leninist bir təşkilata dəstək verməsi mənə qəribə gəlir”.