“PKK-nın Sincar və İraqın digər bölgələrindəki fəaliyyəti qəbuledilməzdir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyəyə səfəri zamanı Şimali İraq Kürd muxtariyyətinin baş naziri Məsrur Bərzani deyib.
Bərzani PKK terror təşkilatının mövqelərinin mövcud olduğu bölgələrə İraq ordusunun nəzarət etdiyini bildirib:
“Vaxtilə dediyimiz kimi, PKK-nın bu bölgədəki mövcudluğunu qəbul etmirik, buna qarşıyıq”.
O, bölgədə təhlükəsizliyin təmin edilməsi istiqamətində terrorizmə qarşı mübarizədə Türkiyə ilə birgə fəaliyyətin əhəmiyyətinə də diqqət çəkib.
Məsur Bərzani Türkiyəyə səfəri çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.