“Praqada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşdə gömrük monitorinqi ilə bağlı dialoqun intensivləşdirilməsi barədə razılıq əldə olunub”.
Teleqraf.com xəbər verir ki, bu haqda Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze məlumat verib.
İkitərəfli razılaşmaya görə, İsveçrə şirkəti SGS dövriyyəyə nəzarət etməlidir. 2011-ci ildə Gürcüstan və Rusiya beynəlxalq monitorinq sistemi və elektron məlumat mübadiləsi sistemindən ibarət bir mexanizm yaratmağa razılıq veriblər.
Abaşidze qeyd edib ki, anlaşmaya ticarət və iqtisadi məsələlər, 10 aylıq ticarət dinamikası, hava, quru nəqliyyatı, yük, sərnişin daşımalarını da nəzərdə tutan nəqliyyat əlaqələrinin bərpa edilməsi daxildir.
Görüşdə 2011-ci ildə imzalanmış gömrük müqaviləsi də müzakirə edilib.
Dekabr ayında ekspertlərdən ibarət işçi qrupu Cenevrədə toplanacaq.