29 Noyabr 2019 13:25
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl İrəvanda müalicə aldığı klinikadan qaçan məhbus ələ keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məhbus Araik Sərkisyanı Ermənistan Ədliyyə Nazirliyi və Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı nəticəsində saxlamaq mümkün olub.

Araşdırmadan sonra 1988-ci il təvəllüdlü Araik Sərkisyanın “Mauqli” ləqəbli kriminal avtoritet olduğu üzə çıxıb.

O, bundan əvvəl yeddi dəfə məhkumluq həyatı yaşayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər