Məşhur türk sənətçisi Özcan Dənizin həyat yoldaşı Feyza Aktandan boşanması haqda şok iddia ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, ”İkinci sayfa” verilişində deyilənə görə, Özcan Dənizlə həyat yoldaşının ayrılmasına aktrisa Aslı Enver səbəb olub.
Özcan Dənizin Aslı Enverdən xoşu gəldiyi, amma aktrisanın onunla maraqlanmadığı iddia edilib.
Cütlüyün əvvəlcə aktrisa Məryəm Uzerli səbəbindən ayrıldığı iddia edilmişdi.
Qeyd edək ki, Aslı Enver müğənni Murad Boz ilə sevgili idi. Cütlük hazırda ayrılıblar.