29 Noyabr 2019 17:12
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadan çıxacağını elan edən ABŞ bu ölkədən ayrılmamaqda qərarlıdır.

Teleqraf.com xəbər verir ki, Pentaqonun rəsmi internet səhifəsində açıqlanan məlumatda ABŞ-ın Suriyada mövqeyinin gücləndirdiyi və YPG ilə bölgədə birgə hərəkət edəcəyini bildirilib.

ABŞ-ın ortaq əməliyyatlar komandanı, general Robert Uayt İraqda keçirdiyi mətbuat konfransında bəyan edib ki, Suriya Demokratik Qüvvələri (SDG) ilə müştərək əməliyyatları yenidən həyata keçirirlər.

General əlavə edib ki, Türkiyənin həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatından sonra ABŞ qüvvələri Suriya-Türkiyə sərhəddinin 10 kilometrlik dərinliyindən çəkilib, ancaq qarmaqarışıq olan bölgədə türk ordusu, Suriya milli ordusu, Rusiya qüvvələri və Suriya rejimi ordusunun mövcudluğu ilə daha xaotik hal yaşanır”.


Müəllif: Cavad

Oxşar xəbərlər