Günllərdir İraqda baş verən mitinqlərdən sonra ölkənin baş naziri Adil Əbdülmehdi istefasını parlamentə təqdim edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, işsizlik, korrupsiya və sosial xidmətin olmaması səbəbindən İraqda oktyabrdan etirazlar başlayıb.
Bu günə qədər keçirilən mitinqlər zamanı 350-dən çox insan ölüb, 15 mindən çox insan yaralanıb.