Amerikalılar icazəsiz bir ölkəyə gedirlər, nə o ölkənin dövlət rəhbərliyi ilə görüşürlər, nə də paytaxtına üz tuturlar. Orada bazaları var, öz bazalarına gedirlər. Yəni xalqların azadlığı və müstəqilliyini təhqir edirlər.
Teleqraf.com xəbər verir ki, bu fikirləri İranın Ali dini lideri Əli Xamenei ABŞ rəsmilərinin Əfqanıstan və İraqa səfəri barədə Tvitter paylaşımında qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Şükran günü" ilə əlaqədar Əfqanıstandakı bazada amerikalı hərbçilərlə görüşüb, ABŞ-ın vitse-prezidenti Mayk Pens İraqa öncədən elan olunmamış səfər edərək Əl Anbar bölgəsindəki ABŞ hərbi bazasını ziyarət edib.