30 Noyabr 2019 12:30
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis bıçaqla üç nəfəri yaralayan şəxsi axtarır.

Teleqraf.com xatırladır ki, ötən gün London körpüsündə iki nəfərin bıçaqla öldürülməsi, 3 nəfərin yaralanması faktından sonra Hollandiyanın Lahey şəhərində də bir şəxs üç nəfərə blçaqla xəsarət yetirib.

Məlumata görə, şəhərin gur küçələrindən birində şəxsiyyəti bəlli olmayan şəxs üç nəfəri bıçaqla yaralayıb və hadisə yerindən qaçıb. Polis hücum edən şəxsin 45-50 yaşlarında qıvrım saçlı biri olduğunu elan edib.

Xatırladaq ki, dünən dünyada “Qara cümə” endirim kampaniyası həyata keçirildiyi üçün bütün küçələr insanlarla dolu olub.

Bu səbəbdən də bıçaqla insanlara hücum edən şəxslərin qurbanları çox olub.


Müəllif: Cavad