Bu ölkədə hər gün 47 nəfər uşaq və ya gənc QİÇS səbəbindən ölür.
Teleqraf.com xəbər verir ki, söhbət Qərbi Afrika ölkəsi Nigeriyadan gedir.
BMT-nin Uşaqlara Yardım Fondunun (UNİCEF) Niferiya təmsilçisi Peter Havkins bildirib ki, atılan addımlar və görülən tədbirlərə baxmayaraq hər gün 47 nəfər həyatını itirir.
Müalicənin uşaq və gənclər üçün ölüm-qalım məsələsi olduğunu deyən mütəxəssis əlavə edib ki, zamanla daha çox qadının müalicə alması ilə bu xəstəliyin uşaqlara keçməsinin qarşısı alınır.
BM HİV/AİDS Birgə Proqramının hesabatına görə, 2018-ci ildə Şərqi və Cənubu Afrikada 20,6 milyon insan QİÇS xəstəliyinə yol açan HİV daşıyıcısıdır.