2 Dekabr 2019 13:16
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ lideri Donald Tramp Fransa Prezidenti Emmanuel Makronın NATO-nun “beyin ölümü” vəziyyətində olmasına dair dediyi sözlərinə bərk qəzəblənib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Axios” qəzeti adının açıqlanmasını istəməyən yüksək çinli məmura istinadən məlumat yayıb.

“O, (Tramp) artıq uzun müddətdir Makrona qəzəblidir”, – deyə mənbə bildirib.

Başqa bir mənbə isə bildirib ki, Makronun açıqlamaları Trampın NATO-ya daha müsbət yanaşmasına təsir göstərə bilər.

Noyabrın əvvəlində Makron NATO-nun “beyin ölümü” vəziyyətində olduğunu bildirib. Onun fikrincə, Avropa özünü müstəqil bir geosiyasi güc hesab etməyə başlamalıdır.

Tramp Fransa liderinin açıqlamasından məyus olduğunu bildirmişdi.


Müəllif: Səxavət