2 Dekabr 2019 16:20
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd qüvvələri tərəfindən İdlibə havadan hücum təşkil edilib.

Teleqraf.com xəbər verir ki, Əsəd ordusuna məxsus hərbi təyyarələr İdlibin cənubunda Marratinnuman və Sərakib mahalları, Hülübbə, Ruffa, Sırman, Kenais, Tel Krisyan və Berse kəndlərinə hücum edib.

İlkin məlumatlara görə, Sərakib mahalında bazara yönəlik hücumda 1, Marratinnuman 10 nəfər ölüb, ən azı 20 mülki şəxs yaralanıb.


Müəllif: Leyla