1 May 2014 13:12
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:48

İstanbulda Səhiyyə işçiləri də 1 May nümayişlərinə qoşulublar.

Əllərində Hippokrat andı və “Gözyaşardıcı qaz - ölümdür” şüarı yazılan plakatlar tutan həkimlərin yürüşü polisin qaz bombası atması ilə sona çatıb.

İstanbul “Təbib Palatası”nın rəhbəri professor Səlcuq Erezin də qatıldığı yürüşdə, qazın təhlükəsi ilə bağlı polislərə məlumat verilsə də, polis hərəkətlərində qərarlı olduğunu bir daha nümayiş etdirib.

14:39

Nümayişçilər futbol oynadı

Beşiktaş stadionu qarşısından Dolmabaxça prospektinə çıxan yolun bağlanmasından istifadə edən vətəndaşlar futbol oynamaq qərarına gəlib. Onlar prospekti ilk dəfə belə boş gördükləri üçün yaranmış fürsətdən istifadə ediblər.

Məcidiyəköydə isə bir qrup nümayişçi yolu bağlayaraq yürüş etmək istəyib. Polisin xəbərdarlığına baxmayaraq, nümayişçilər müqavimət göstərməyə cəhd ediblər. Polis cavabında gözyaşardıcı qaz atıb və nümayişçilərə təzyiqli su sıxıb.

13:42

Polisə "Molotov kokteyli" atıldı

Türkiyədə bir may ixtişaşları davam edir.

Son məlumata görə, İstanbulda Məcidiyəköy istiqamətində yolu kəsən aktivistlərin keçirdiyi nümayişə polis müdaxilə edib. Polis aktivistlərə qaz və TOMA vasitəsilə təzyiqli su sıxıb.

Okmeydanında ara küçələrdən çıxan bir qrup aktivist isə polisə molotov kokteyli atıb. Polis cavabında gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə edib.

Piyalepaşa prospekti, Fevzi Çakmak küçəsi və Mithatpaşa prospektinə çıxan küçələrdə toplanan üzü maskalı bir qrup insan polisə fişəng, molotov kokteyli və daş atıb.

Nümayişçilərin atdığı molotov kokteyli “Əqrəb” adlanan zirehli polis avtomobilinə dəyib. Nəticədə avtomobil alovlanıb.

“Əqrəb” qısa müddətdə söndürülüb, polis vəziyyəti nəzarət altına alıb.

13:39

Taksim yolları qapadıldı

İstanbulda 1 may nümayişlərinə görə, Taksimdə və Taksimə çıxan yollarda qurulan barrikadalar şəhər sakinlərinə çətin anlar yaşadır.

Böyükdərə Caddəsi girişinə polis tərəfindən qurulan maneələrə görə xəstəxanaya və iş yerlərinə getmək istəyən vətəndaşlar ilə polis arasında mübahisə yaşanıb.

Polislər vətəndaşların alternativ yollardan istifadə etməsini tələb edir. Bəzi vətəndaşlar isə nəqliyyat hərəkətinin çətinliyi səbəbindən evlərinə qayıtmağa üstünlük verib.

13:35

1 May qadağası

İstanbul qubernatoru, Taksimdə 1 May qeyd edilməsinə icazə verilməyəcəyini qətiyyətlə bəyan edib.

Yazılı bəyanatda: "İstənilən səbəblə əlaqədar Taksimdə təşkil olunacaq yığıncaq və nümayişin ictimai təhlükəsizliyinin təmin edilməsi məqdəsi ilə qarşısı alınacaq. Kəşfiyyatçılar, qeyri-qanuni terror təşkilatlarının terror aktının hazırladıqları barədə məlumat əldə edib. Məhz bu məlumata əsasən, təhlükəsizliyin təmin olunması məqsədi ilə, istənilən nümayişlərin qarşısı alınacaq "deyildi.

13.30

Polis millət vəkillərinə əmr etdi

İstanbulda 1 may qarşıdurması davam edir.

Şişlidəki DİSK (İnqilabçı İşçi Peşələri Konfederasiyası) qərargahından Taksimə getmək istəyən bir qrup insan polislə üz-üzə gəlib.

Polis aralarında CHP və HDP-dən olan millət vəkillərinin də olduğu qrupa dağılışmaq əmri verib.

Konfederasiya nümayəndələri və millət vəkilləri polislə mübahisə edib.

Polis nümayişçilərə təzyiqli su ilə müdaxilə edib.

***

13.12

Türkiyədə 1 may nümayişlərində polislə vətəndaşlar arasında qarşıdurma yaranıb. Beşiktaşda polis nümayişçilərin dinc aksiyasına müdaxilə edib. Nümayişçilər isə cavab olaraq "Sula, sula, ikisi ilə birdən sula!" şüarlarını səsləndirib.

Beşiktaşın Barbaros Meydanında toplanan bir qrup nümayişçiyə polis əvvəlcə "dağılın" əmrini verib. Qrup xəbərdarlıqları diqqətə almayınca, polis qalxanlarla müdaxilə edərək, gözyaşardıcı qaz balonlarını atıb. Polis qaçan nümayişçilərə təzyiqli su sıxıb. Polis komandiri meqafonla su maşınlarından istifadə edən polisə təlimatlar verib. Polis rəisinin su maşınlarında gələn polislərə "Sula!", "Buraxın suyu" əmrini verdiyi eşidilib. Küçələrə qaçan nümayişçilər polisə daş atdığı bildirilir.

Xatırladaq ki, Türkiyədə 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Gününün qeyd edilməsi 32 il ərzində qadağan olunub.

2014-cü ilin aprelində isə hakim Ədalət və İnkişaf Partiyası (AKP) 1 May yürüşünün keçirilməsinə qoyulan qadağanı ləğv edib. Lakin, buna baxmayaraq, ölkə ərazisində iğtişaşlar yaşanır.

İstanbul valisi isə Taksimdə 1 Mayın qeyd edilməsinə icazə verilməyəcəyini qətiyyətlə bəyan edib. Yazılı bəyanatda bildirilir: "Taksimdə təşkil olunacaq yığıncaq və nümayişin ictimai təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qarşısı alınacaq. Kəşfiyyatçılar, qeyri-qanuni terror təşkilatlarının terror aktının hazırladıqları barədə məlumat əldə edib. Məhz bu məlumata əsasən, təhlükəsizliyin təmin olunması məqsədi ilə, istənilən nümayişlərin qarşısı alınacaq”.

Ülviyyə


Müəllif: