4 Dekabr 2019 22:13
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan və Rusiya terrorizmlə mübarizəyə qarşı birgə hərbi təlim keçirib.

Teleqraf.com xəbər verir ki, Özbəkistanın Şərqi Hərbi Dairəsinin Qurumsaray poliqonunda Özbəkistan və Rusiya silahlı qüvvələrinin iştirakı ilə “Şərq-2019” birgə taktiki təlimi baş tutub.

Təlimlərə pilotsuz uçuş aparatları da cəlb edilib.

Birgə təlim məşqinin bağlanış mərasimində iki ölkənin rəsmiləri təlimlərin hər iki tərəfin silahlı qüvvələrinin döyüş qabiliyyətlərinin yüksəldilməsi, peşə hazırlığı və beynəlxalq terrorizmlə mübarizə təcrübəsinin artırılmasına töhfə verəcəyini bildiriblər.

Qeyd edək ki, təlim Rusiya və Özbəkistan müdafiə nazirlikləri arasında imzalanan əməkdaşlıq planına əsasən təşkil edilir.

Xatırladaq ki, Rusiya ilə Özbəkistan 12 il fasilədən sonra ilk dəfə 2017-ci ildə birgə hərbi təlim keçirmişdi.


Müəllif: Nərgiz