5 Dekabr 2019 09:55
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da hərbi bazaların birinə silahlı hücum həyata keçirilib. Hücum zamanı iki hərbçi ölüb, bir hərbçi yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın Pearl Harbor bazasında baş verib.

Bu bazadan əsasən ABŞ Hava Qüvvələri və Hərbi Donanma müştərək istifadə edirmiş.

Məlumata görə, xüsusi xidmət orqanları hadisəyə müdaxilə edib və hücumu həyata keçirən şəxs öldürülüb.

Xatırladaq ki, Perl Harbor hava bazası 1941-ci ilin dekabrında Yaponiya tərəfindən vurulub və bu ABŞ-ın II Dünya Müharibəsinə girməsinə səbəb olub. Bu gün hərbi bazaya hücum sözügedən tarixi hadisənin növbəti ildönümünə iki gün qalmış baş verib.


Müəllif: Hacı Zeynalov