5 Dekabr 2019 12:17
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Almaniya arasında yaşanan “casus vəkil” olayı çərçivəsində Berlin yeni addımlar atıb.

Teleqraf.com xəbər verir ki, Almaniyanın Ankara konsulluğunun sifarişi ilə işləyən vəkil Yılmaz S.-nın ofisində ələ keçən sənədlərdə adı olan 70-dən çox şəxsə alman hökuməti oturum icazəsi verib.

Xatırladaq ki, Yılmaz S. sentyabrın 17-də Ankarada saxlanılıb. Onun evində və ofisində aparılan axtarış zamanı 10-larla dosye ələ keçirilib. Məlum olub ki, vəkil 15 iyul dövlət çevrilişindən sonra qanunsuz yollarla Avropaya qaçan və getdikləri ölkələrdə oturum tələbi irəli sürən FETÖ və PKK-lılarla bağlı hesabatlar hazırlayır.

Bu hadisədən sonra Almaniyanın müvafiq qurumları adı Türkiyə kəşfiyyatının əlinə keçən satqınların yaşadıqları ünvamı bir-bir gəzərək onlara ehtiyatlı olmaq haqda xəbərdarlıq etmişdi.

Siyahıda adı olan PKK və FETÖ-çülərin adı Türkiyə kəşfiyyatının əlinə keçdiyi üçün Almaniya bu şəxslərə oturum icazəsi verməyə başladı. Qeyri-rəsmi məlumatlara görə, Türk kəşfiyyatının əlinə 47 nəfərin adı keçib.

Vəkilin həbsindən sonra bu 47 nəfərin 27-nə “mühafizə statusu” verilib, 18 nəfərin sənədləri isə yenidən araşdırılıb. Siyahıda olan 2 nəfər haqqında təhlükə olmadığı vurğunlansa da, onların deportasiya edilməyəcəyi ortaya çıxıb.


Müəllif: Cavad