5 Dekabr 2019 12:34
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələ “S-400” məsələsində geri çəkilməmişik. Türkiyəni razı salmaq üçün danışıqları davam etdiririk”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məsləhətçisi Con Rud deyib.

Pentaqon rəsmisi Türkiyənin başqa istiqamətdə hərəkət etməli olduğunu bildirib: “Türkiyəni başqa istiqamətə yönəltmək üçün səyləri davam etdiririk. Məsələni həll etmək üçün dialoqun davam etdirilməsi vacibdir. Əlbəttə, Türkiyə NATO-nun qiymətli üzvüdür”.


Müəllif: Mənsur Rəğbətoğlu